Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukrayna yüksək vəzifəliləri Putinə məlumat ötürür"

Tarix: 11 Mart 2024 09:22

Ukrayna Müdafiə Nazirliyində və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiyaya məlumat ötürən adamlar var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Arti Qrin" ləqəbli ukraynalı zabit deyib.

"Bu müharibədə düşmən bizim Baş Qərargahımızda olan bütün məlumatlara çıxış əldə edə bilər", - hərbçi bildirib.

"Yəni, Putinin adamları fiziki olaraq Baş Qərargahın, Ukrayna Müdafiə Nazirliyinin binasında yerləşir?" - Gerasimoviçin birbaşa sualına o, belə cavab verib: "Buna şübhəm yoxdur".

Ukraynalı zabit qeyd edib ki, Kiyevdə tam əks-kəşfiyyat işləri aparılmayıb:

"Bunun nəticəsində Rusiya böyük imkanlara sahibdir".

Milli.Az


Etiketlər:  Ukrayna yüksək vəzifəliləri Putinə məlumat ötürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ