Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimiz 90-cı illərə qayıdır – Yenə 1 xal

Millimiz 90-cı illərə qayıdır – Yenə 1 xal

Tarix: 17 Noyabr 2019 10:00

Azəbaycan milli komandası tarixinin ən pis göstəricisini təkrarlamağa yaxındır.

Qol.az xəbər verir ki, “Avro-2020”nin qrup mərhələsinin son turunda millimiz noyabrın 19-u Slovakiya ilə səfər matçında da uduzsa, qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vuracaq. Bu halda “Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan millimizin antirekordu təkrarlanmış olacaq.

Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilə ilk dəfə beynəlxalq turnirə qatılırdı. Ölkədə, həm də futbolda iqtisadi vəziyyətin çox ağır durumda olduğu həmin dönəmdə belə göstərici hardasa başa düşülən idi. Həmin vaxtdan 24 il ötüb.



Elxan Məmmədov hesabat verməkdən qaçır

İndi Azərbaycan artıq siyasi və iqtisadi baxımdan çox güclənib. Bunun nəticəsidir ki, dövlət səviyyəsində futbolun inkişafına diqqət yetirilir və SOCAR-dan milli federasiyaya hər il 20 milyondan çox sponsorluq vəsaiti ayrılır. Amma milli komandamız uğurlu nəticələr göstərmək əvəzinə yenə də geriləyir. Bu mənada, komandamızın 7 oyundan cəmi 1 xal qazanması haqlı olaraq təəccüb və təəssüf doğurmaya bilməz. Hər il futbola dövlət tərəfindən bu qədər dəstək göstərildiyi halda futbol federasiyasının yarıtmaz idarəçiliyi ona gətirib çıxarıb ki, bizim milli yenə də tarixinin ən pis dövrünə qayıtmalı olub. Niyə? AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov ictimaiyyət qarşısına çıxıb bu və bu kimi digər suallara cavab vermək əvəzinə isə hər dəfə müxtəlif bəhanələrlə jurnalistlərdən qaçır....

Xatırladaq ki, dünən milli komandamızın Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqdan sonra qrupu ən yaxşı halda 4, ən pis halda isə 1 xalla başa vuracacağı qətiləşib. Bunun üçün isə biz Slovakiya ilə qarşıdakı matçı gözləməliyik. Əlavə edək ki, Slovakiyanın “Avro-2020”nin final mərhələsinə düşmək şansı hələ də qalır. Bunun üçün qarşıdakı görüşdə onlara mütləq qələbə lazımdır.

Bəli, slovaklar final mərhələlərinə bəlkə də düşəcəklər də. Biz isə son 24 ildə olduğu kimi, belə böyük yarışları kənardan izləməli olacaq və başqa komandalara azarkeşlik etmək məcburiyyətində qalacağıq.


Milli komandamızın beynəlxalq turnirlərdə yığdığı xallar:

AÇ-96 – 1 xal

DÇ-1998 – 3 xal

AÇ-2000 – 4 xal

DÇ-2002 - 5 xal

AÇ-2004 – 4 xal

DÇ-2006 – 3 xal

AÇ-2008 – 5 xal

DÇ-2010 – 5 xal

AÇ-2012 – 7 xal

DÇ-2014 – 7 xal

AÇ-2016 – 6 xal

DÇ-2018 – 10 xal

AÇ-2020 – ?

 


Etiketlər:  Millimiz illərə qayıdır Yenə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ