Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda etiraz aksiyası keçirilir

İrəvanda etiraz aksiyası keçirilir

Tarix: 12 Mart 2024 11:20

Ermənistanın paytaxtı İrəvanda Bələdiyyə Şurasının binası qarşısında etiraz aksiyası keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün qurum mərkəzi şəhərdə ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsini müzakirə edəcək.

Aksiya iştirakçıları buna etirazlarını bildiriblər. İrəvanın keçmiş meri Ayk Marutyan deyib ki, qiymətlərin bahalaşması tamamilə qanunsuzdur. O, Bələdiyyə Şurasının binasına daxil olmaq istəsə də polis buna imkan verməyib.

Qurumdan isə bildirilib ki, yeni qaydalara görə, vətəndaşlar istənilən paketi almaqla İrəvanda bütün növ ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Tələbələr və ya əhalinin xüsusi qrupları endirimli qiymətlərdən yararlanacaqlar. Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  İrəvanda etiraz aksiyası keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ