Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan sərhədçiləri bu tarixdən "Zvartnots"da müstəqil xidmətə başlayacaq - YENİLƏNİB

Ermənistan sərhədçiləri bu tarixdən

Tarix: 12 Mart 2024 14:42

14:38

Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən "Zvartnots" hava limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu mətbuat üçün brifinq keçirən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

------------

13:14


Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsinə toxunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın "Zvartnots" hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.

"Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər", - Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi "Zvartnots" hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Qriqoryanın sözlərinə görə, "Zvarnots" hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir.

Onun ardınca isə, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, "Zvartnots"da rus sərhədçiləri ilə bağlı Ermənistanın qərarı rəsmi şəkildə çatdırılmayıb.

Milli.Az


Etiketlər:  Ermənistan sərhədçiləri bu tarixdən Zvartnotsda müstəqil xidmətə başlayacaq YENİLƏNİB


RƏYLƏR