Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 14:10
Bir neçə məşhur Prezident Administrasiyasından bəzi kanallara edilən xəbərdarlıqla bağlı paylaşım edib.
Milli.az olay-a istinadla xəbər verir ki, onlar sosial verilişlərin fəaliyyəti ilə bağlı tədbirlərin görülməsinə müsbət reaksiya verib.
Aktyor Əlixan Rəcəbov instaqramda həmin xəbəri yerləşdirərək: "Gözəl gün, gözəl xəbər".
Aktyor Hikmət Rəhimov isə rejissoru olduğu "Apatiya" filmini xatırladıb: "Yəqin "Apatiya" filmini görənlər anladılar".
Aktyor Kamran Ağabalayev də həmkarları kimi bu xəbərə sevinib: "Sən nə bomba xəbərsən".
Xatırladaq ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru", "Təsir dairəsi" kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.