Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL: "Barselona" və "Arsenal" 1/4 finalda

ÇL:

Tarix: 13 Mart 2024 09:04

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Arsenal" Portuqaliyanın "Porto" komandası ilə üz-üzə gəlib.

Tərəflər arasında görüş 1:0 hesabı ilə topçuların xeyrinə başa çatıb.

İngilislərin yeganə qolunu 41-ci dəqiqədə Trossard vurub.

Ümumi hesab bərabər olduğundan əlavə hissələr oynanılıb. Burda da nəticə dəyişmədiyindən qalibi müəyyən etmək üçün penaltilər seriyası keçirilib.

Seriyada daha dəqiq olan londonlullar 4:2 hesabı ilə qələbə qazanaraq 14 ildən sonra qitənin nüfuzlu turnirində 1/4 finala çıxıb.

"Barselona" isə İtaliyanın "Napoli" komandası ilə üz-üzə gəlib.

Tərəflər arasında görüş 3:1 hesabı ilə ispaniya təmsilçisinin xeyrinə başa çatıb.

İspanların qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. İtaliyanların qoluna Amir Rrahmani (30) imza atıb.

İlk görüş 1:1 hesabı ilə başa çatıb. Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin "Mançester Siti", İspaniyanın "Real Madrid", Almaniyanın "Bavariya" və Fransanın "Paris Sen-Jermen" klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9 və 10-da, cavab qarşılaşmaları isə aprelin 16 və 17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  ÇL Barselona Arsenal 14 finalda


RƏYLƏR