Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 09:20
Ailə üzvlərini balta ilə öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı fikirlər yayılıb.
Sonxeber.net Baku TV-yə istinadən bildirir ki, oxşar hadisə Astarada da baş verib. 36 yaşlı Rühəngiz Əliyeva amansızlıqla 71 yaşlı atasını qətlə yetirib.
Buna baxmayaraq, cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb.
Bu hadisələrdən sonra bir çox insanlarda belə sual yaranıb ki, məgər adam öldürdükdən sonra psixiatrik dispanserdən müvafiq arayış alaraq həbsdən qurtulmaq olar?