Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur polkovnik-leytenant vəfat etdi - FOTO

Məşhur polkovnik-leytenant vəfat etdi - FOTO

Tarix: 13 Mart 2024 09:46

I Qarabağ müharibəsi qazisi vəfat edib.

Milli.Az Secki-2024.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.
Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.
Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb.

Milli.Az


Etiketlər:  Məşhur polkovnik leytenant vəfat etdi FOTO


RƏYLƏR