Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Makronun “quyruğunu” tapdayıb? - Putin

Rusiya Makronun “quyruğunu” tapdayıb? - Putin

Tarix: 13 Mart 2024 14:14

Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya kəskin reaksiyası Afrikada baş verənlərlə bağlı ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" və "RİA Novosti"yə müsahibəsində deyib.

Jurnalistin Putinə "Fransanın Moskva əleyhinə bəyanatları Rusiyanın Afrika qitəsində Fransanın "quyruğunu tapdalaması"na görə qisas ola bilərmi" sualına o, belə cavab verib:

"Rəsmi Parisin bir növ incikliyi var. Amma o (Makron - red.) və mən birbaşa əlaqə saxlayanda bu mövzuda kifayət qədər açıq danışdıq".

Putin Rusiyanın Afrikaya qarışmadığını və Fransanı oradan sıxışdırmadığını, Afrika liderlərinin özlərinin Rusiya ilə işləmək istədiyini qeyd edib.

Milli.Az


Etiketlər:  Rusiya Makronun quyruğunu tapdayıb Putin


RƏYLƏR