Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 18:56
Bu gün Türkiyədə "Eros" adlı pişiyi döyərək öldürən İbrahim Keloğlanın məhkəməsi keçirilib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, onun məhkəməsi təşkil edilən "Asliye Ceza Mahkemesi" binanın önündə izdiham yaşanıb.
Etiraz edənlər məhkəmə binasının qapısını yumuruq və təpiklə vuraraq açmağa çalışıblar. Onlar "Eros"un öldürülməsinə kəskin şəkildə etiraz ediblər.
İbrahim Keloğlan məhkəməsi zamanı "Özümü itirdim. Mən və həyat yoldaşım artıq adam içinə çıxa bilmirəm" deyə çıxış edib.
Xatırladaq ki, İstanbul Başakşehirdə yeni il gecəsi "Eros" adlı pişiyi liftdə ayağı ilə vuraraq öldürən Keloğlana 1 il 3 ay həbs verilməsi istənilsə də, bu cəza üst məhkəmə tərəfindən ləğv olunub.