Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus qadınlar danışdı: “Xəşbəxtliyin sirri budur”

Rus qadınlar danışdı: “Xəşbəxtliyin sirri budur”

Tarix: 14 Mart 2024 06:06

Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın "BIDOU" kosmetika brendi qadınlardan xoşbəxtliyin sirrini öyrənmək qərarına gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, şirkət "VKontakte" sosial şəbəkəsində sorğu keçirməyə başlayıb.

İştirakçılardan "Qadın xoşbəxtliyi nədədir?" sualına doqquz cavab variantından üçünü seçmək istənilib.

Araşdırmada 2000-dən çox rusiyalı qadın iştirak edib. Cavablar üç varianta bölünüb.

"Rusiya qadınlarının 61,55%-i üçün qadın xoşbəxtliyi ailə və uşaqlardan ibarətdir. Respondentlərin 49,33%-ni sevgi və hörmət xoşbəxt edir, respondentlərin 29,63%-i isə xoşbəxtliyi qadının özünü dərk etməsi ilə əlaqələndiriblər", - deyə sorğunun nəticəsində bildirilib

Milli.Az


Etiketlər:  Rus qadınlar danışdı Xəşbəxtliyin sirri budur


RƏYLƏR