Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 06:06
Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu barelə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, həftə sonu yoxa çıxan və sonuncu dəfə bir fabrikin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında sürətlə qaçdığı görülüb. Pişiyin ayaq izləri əks olunub.
Fabrik əməkdaşı pişiyin pəncə izlərinə əsasən fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki barelə düşdüyünü müəyyən edib.
Bareldəki kimyəvi maddənin toxunduqda və ya nəfəs aldıqda səpgi və iltihaba, hətta xərçəngə səbəb ola biləcəyi bildirilib.
Hələlik pişiyi tapmaq mümkün olmadığını qeyd edən bələdiyyə, pişiyi görən zaman ona yaxınlaşmamaq və toxunmamaq barədə xəbərdarlıq edib.