Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Juninyo “Top-10”da

Juninyo “Top-10”da

Tarix: 15 Mart 2024 09:58

Avropa Liqasında mövsümün ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın futbolçusu Olavio Juninyo "Top-10"da yer alıb.

Braziliyalı hücumçu mövsümdə 5 qol vurub. Təsnifat mərhələlərinin nəzərə alınmadığı siyahıda Olavio 4-10-cu yerləri bölüşür. Yalnız üç futbolçu daha çox qol vurub. Digər 7 oyunçu, o cümlədən Olavionun aktivində 5 top var. Bu oyunçulardan biri Patrik Şik qollarından üçünü "Qarabağ"ın qapısına vurmaqla "Bayer"in 1/4 finala yüksəlməsinin səbəbkarı olub.

1. Pyer-Emerik Obameyanq ("Marsel") - 9
2. Romelu Lukaku ("Roma") - 7
3. Joao Pedro ("Brayton") - 6
4-10. Viktor Qyokeres ("Sportinq") - 5
Fotis İoannidis ("Panatinaikos") - 5
Darvin Nunyes ("Liverpul") - 5
Olavio Juninyo ("Qarabağ") - 5
Mihael Qreqoriç ("Frayburq") - 5
Məhəmməd Kudus ("Vest Hem") - 5
Patrik Şik ("Bayer") - 5

Milli.Az


Etiketlər:  Juninyo Top 10da


RƏYLƏR