Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Peyğəmbər ölən arvadlarına yas saxlamayıb” - Elşad Miridən qalmaqallı açıqlama

“Peyğəmbər ölən arvadlarına yas saxlamayıb” - Elşad Miridən qalmaqallı açıqlama

Tarix: 15 Mart 2024 20:04

"İslamda yas saxlamaq anlayışı yoxdur". 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri deyib. Bildirib ki, Quranda ölünü basdırmaq, ona nə qədər yas saxlamaq kimi ifadələr yer almayıb: 

"İslamın yeganə mənbəyi Quran kitabıdır. Digər mənbələr İslam ola bilməz. Qurani-Kərimdə 6236 ayə var. İslam bu ayələrin sadəcə dirilər üçün olduğunu nəzərə alır. Bu kitabda ölünü necə basdırmaq, neçə gün yas saxlamaq və s. ifadələr yer almayıb. Quranın 36-cı surəsi Yasindir. Təəssüf ki, günümüzdə bu surə ölülər üçün oxunan bir dua halını alıb. Həmin surənin 70-ci ayəsində deyilir ki, bu kitab diri olanları xəbərdar etmək üçün göndərilib. Orada oxunanlarda günəşin hərəkət istiqamətindən bəhs olunur. Bunun ölən şəxsə hər hansısa bir aidiyyatı varmı? Təbii ki, xeyr".

İlahiyyatçı vurğulayıb ki, günümüzdə özünü din adamı adlandıran şəxslər bir sıra dövrlərin adətlərini dini qayda olaraq bizə inandırmağa çalışırlar:

"Bir insan vəfat etdiyi zaman neçə gün yas saxlanılmalıdır?" sualının cavabı hər kəsə görə dəyişir. Buna vaxt qoymaq mümkün deyil. Hazırda vəfat edən şəxsin 3,7,40 və il anlayışları müəyyən dövrlərin adət-ənənəsinin günümüzə yansımasıdır. Qədimdə formalaşdırılan adət-ənənələr özlərini din xadimi adlandıranların din biznesi halına gətirdiyi bir mövzudur. Peyğəmbərin sağlığında 6 övladı ölüb, xanımları, yaxınları dünyasını dəyişib. Hansı birinə yas saxlayıb? Hansı birinə bu qədər ehsan verib? Heç birinə. Çox təəssüflər olsun ki, biz bu gün islamı yas olduğu zaman, yuxuda nənə-baba görəndə Quran oxutdurmaq kimi anlayıb təqdim edirik. Bunların islama heç bir aidiyyatı yoxdur".

Milli.Az


Etiketlər:  Peyğəmbər ölən arvadlarına yas saxlamayıb Elşad Miridən qalmaqallı açıqlama


RƏYLƏR