Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənan Doğulu məhkəmədə qalib gəldi

Kənan Doğulu məhkəmədə qalib gəldi

Tarix: 16 Mart 2024 09:10

Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun qaldırdığı məhkəmə işi yekunlaşıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, müğənni  "Gənclik marşı" albomunu (1999) rəqəmsal mediada icazəsiz istifadə etdiyi iddiası ilə "Bay Music" şirkətinə qarşı açdığı məhkəməni udub.

Belə ki, "Bay Music"  musiqi şirkəti sözügedən əsərdən YouTube, Spotify və Apple Music kimi rəqəmsal musiqi kanallarında icazəsiz istifadə edib. Məhkəmə əsərlərin rəqəmsal mediada istifadəsinin dayandırılması barədə qərar verib.


Etiketlər:  Kənan Doğulu məhkəmədə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ