Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbçinin yanağından çıxan əşya hər kəsi heyrətləndirdi - FOTO

Hərbçinin yanağından çıxan əşya hər kəsi heyrətləndirdi - FOTO

Tarix: 16 Mart 2024 19:06

Rusiyada cərrah hərbçinin yanağından sursata bənzər əşya çıxarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əməliyyatın əks olunduğu video yerli "Telegram" kanallarında yayılıb.

Müdaxilədən əvvəl döyüşçü rentgen müayinəsindən keçib. Görüntüdə mütəxəssislər yad cisim aşkar ediblər, lakin onun mənşəyi məlum olmayıb. Əşyanın döyüş sursatı olduğu təxmin edilir. Təhlükəsizlik üçün cərrah gülləkeçirməz jilet, taktiki eynək və dəbilqə taxıb.

Müdaxilə zamanı həkim düyməli detonatora bənzər hissəsi olan silindrin kənarını görüb. Həmin an mütəxəssis partlayış baş verərsə, heç kimin xəsarət almaması üçün həmkarlarını otağı tərk etməyə çağırıb və işini davam etdirib.

Milli.Az


Etiketlər:  Hərbçinin yanağından çıxan əşya hər kəsi heyrətləndirdi FOTO


RƏYLƏR