Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dua Lipa “Fantastik Varlıqlar”ın ulduzu ilə görüşür - FOTO

Dua Lipa “Fantastik Varlıqlar”ın ulduzu ilə görüşür - FOTO

Tarix: 17 Mart 2024 08:10

Müğənni Dua Lipa "Fantastik Varlıqlar" filminin ulduzu, aktyor Kallum Törnerlə görüşdə obyektivlərə tuş gəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə gəzərkən görüntülənib.

Yanvarın əvvəlində Dua Lipanın aktyorla romantik münasibətləri haqqında ilk söz-söhbətlər ortaya çıxıb. Məşhurlar "Masters of the Air" hərbi serialının premyerasından sonra Los-Ancelesdə əyləncə gecəsində rəqs edərkən görüntüləniblər. Müğənni tədbirə sevgilisinə dəstək olmaq üçün gəlib. Bir neçə həftə sonra məşhurların öpüşərkən fotoları çəkilib. Onlar Hollivuddakı yapon restoranı "Sushi Park"da görüşüblər.

Qeyd edək ki, bundan öncə Lipa rejissor Romen Qavras ilə eşq yaşayıb. May ayında sevgililər 76-cı Kann Film Festivalının qırmızı xalçasında cütlük kimi debüt ediblər. Dekabr ayında isə məşhurlar ayrılıblar.


Etiketlər:  Lipa Fantastik Varlıqların ulduzu ilə görüşür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ