Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərlan Əhmədov: “Qarabağ”ın oyununda hakim nəticəyə təsir etməyib”

Tərlan Əhmədov: “Qarabağ”ın oyununda hakim nəticəyə təsir etməyib”

Tarix: 17 Mart 2024 10:12

"Qarabağ" üçün mərhələ adlamaq çətin olsa da, mümkünsüz deyildi. Oyunda da buna şahid olduq".

Milli.Az  xəbər verir ki, bunu İdman.Biz-ə  Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" - "Qarabağ" (3:2) matçını dəyərləndirib. Veteran futbolçunun sözlərinə görə, artıq bu qarşılaşma barədə danışmağa söz tapmır: "Qarşılaşmanın ilk 10 dəqiqəsində "Bayer" 3-4 dəfə qol imkanı yaratsa da, alınmadı. Lakin sonra "Qarabağ" matçın 40 faizinə hakim oldu, öz oyunu göstərdi. Onlara yüksək səviyyədə təzyiqlər var idi. Bu səbəbdən də Azərbaycan çempionu çətinlik çəkirdi. Amma "Qarabağ"ın son illərdə ən yüksək oyun üslubu əks-hücumlarda qurulması idi. Daxili çempionatda və Avropa Liqasında da bunun şahidi olmuşuq. Hətta deyərdim ki, "Qarabağ" əks-hücumlarda mükəmməldir".

Əhmədovun bildirib ki, Elvin Cəfərquliyevin qırmızı vərəqə almasından sonra isə "Bayer" təzyiqi daha da artırıb: "Azlıqda qalmalarına baxmayaraq, "Qarabağ" ikinci qolu da vurdu. Bəlkə də qırmızı vərəqə olmasaydı, başqa nəticə ilə qarşılaşa bilərdik. Təəssüf ki, futbolda belə hallar olur. Hakimi çox tənqid etsələr də, onun nəticəyə təsir etdiyini düşünmürəm. Xətası yoxdur. Bundan öncə də Elvin Cəfəquliyev qırmızı vərəqə almışdı. Məncə, hakim yox, futbolçu barədə düşünülməli və danışıqlar aparılmalıdır. Elvin soyuqqanlı oynamalıdır. Bu cür oyunlarda xırda səhvlər bağışlanmır. Belə olduğu halda da rəqib bundan lazımınca istifafə edir. Böyük klubların oyunlarına baxdıqda görmək olur ki, futbolun bütün incəlikləri düşünülür. Hakim barədə çox danışmağa dəyməz. Bir neçə dəqiqə artırılsa da, matç komandamızın yorğunluq fonunda oynanılırdı".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.

Milli.Az


Etiketlər:  Tərlan Əhmədov Qarabağın oyununda hakim nəticəyə təsir etməyib


RƏYLƏR