Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 00:26
Suriya hökuməti humanitar vəziyyətin yaxşılaşdırılması və müharibədən sonrakı bərpa prosesinin qurulması üçün səylər göstərir.
Sonxeber.net report.az-a istinadən bildirir ki, bunu Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen ilə danışıqlar aparan Ərəb Respublikasının xarici işlər naziri Feysəl Miqdad deyib.
"Suriyalıların davam edən əzablarının səbəbi ABŞ və onun Qərb müttəfiqlərinin qeyri-insani sanksiyalarıdır", - xarici işlər naziri deyib. "Bu məhdudiyyətlərin nəticələri fəlakətlidir", - o vurğulayıb.
Miqdad BMT Təhlükəsizlik Şurasını Qərbin Dəməşqə qarşı sanksiyalarını ləğv etməyə çağırıb.
Pedersen öz növbəsində, "Suriyanın suverenliyinə və birliyinə hörmətin, eləcə də onun ərazisində təhlükəsizliyin və sabitliyin bərpasının vacibliyini" vurğulayıb. "Al Hadath" telekanalının məlumatına görə, emissar Miqdadla görüşdən sonra jurnalistlərə deyib ki, o, aprelin sonunda Cenevrədə keçirməyi planlaşdırdığı Suriya Konstitusiya Komitəsinin 9-cu raunduna hazırlıqları müzakirə edib.