Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 10:50
"Bir yaxın insanla ziyarətə getdim. O ziyarətgahın aşağı, mən isə yuxarı hissəsində idim. Orada Allaha yalvardım ki, mənə 100 min pul yetir və dualar etdim. Sonra mən yuxarıdan aşağa yaxınımın yanına düşdüm, o da duasını edib birlikdə ziyarətgahı tərk etdik".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
83 yaşlı sənətkar bildirib ki, ziyarətgahı ziyarət etdikdən bir neçə gün sonra o, dövlət tərəfindən mənzillə mükafanlanıb:
"Bu hadisənin üzərindən heç bir həftə keçmədi ki, prezident aparatından mənə zəng edib söylədilər ki, sizə ev hədiyyə olunub. Onda qapazı başıma vurub özümə dedim ki, ziyarətgahda 100 minin əvəzinə heç olmasa 1 milyon istəyərdin də...".