Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...- VİDEO - FOTO

Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...- VİDEO - FOTO

Tarix: 19 Mart 2024 08:06

Kaliforniya Universitetində oftalmoloq və kök hüceyrə alimi kimi çalışan doktor Henri Klassen bu Ramazan ayında İslamı qəbul edib.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "İslamNews" məlumat yayıb.

"YouTube" kanalında yayılmış video-kadrlarda imam doktor Klassenin yanında oturaraq ona şəhadətin sözlərini - tövhidin İslam düsturunu tələffüz etməyə kömək edir. 
 
"Biz məmnuniyyətlə həkimə Əbdül-Haqq adını verdik. Henri bundan sonra Abdul-Haqq Klassen olacaq, çünki onun dinə gəlməsinin səbəbi həqiqətdir.  "Əbdül-haqq" sözünün tərcüməsi - Haqqın qulu deməkdir", - deyə imam şərh edib.
 
Maraqlıdır ki, Klassenin qabaqcıl elmi işi irsi korluğun kök hüceyrə əsasında müalicəsinin ixtirası olub. Oftalmologiya professoru uzun illərdir ki, degenerativ göz xəstəliklərini araşdırır. Onun araşdırması göstərib ki, retinal progenitor hüceyrə transplantasiyası degenerasiyaya uğrayan siçovul tor qişalarında fotoreseptor funksiyasını yaxşılaşdırıb.

Milli.Az


Etiketlər:  Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi VİDEO FOTO


RƏYLƏR