Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlandı

Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlandı

Tarix: 19 Mart 2024 14:08

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - İngiltərə oyununun hakimləri bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, martın 22-də keçiriləcək matçı Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcək.

Antoni Bandiç qarşılaşmanın baş hakimi olacaq. Ona Amer Maciç və Boris Duyjmoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Qeyd edək ki, görüş "Azərsun Arena"da keçiriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycan İngiltərə oyununun hakimləri açıqlandı


RƏYLƏR