Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 14:52
"Paytaxtın nizami rayonunda bayram tonqalına görə ağacların yanması barədə görüntülər ötən illərə aiddir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nizami rayonu ərazisində bayram tonqalı ilə əlaqədar yanğın baş verməsi barədə məlumat daxil olmayıb.
--------
10:14
Nizami rayonu ərazisində qalanan tonqal ağacları yandırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
İlkin məlumatlara görə, hadisə "8-ci kilometr" ərazisində baş verib.
Yaşayış binasının qarşısında yandırılan bayram tonqalından alov küləkli hava səbəbilə ağaclara keçib. Nəticədə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.
Həmin görüntüləri təqdim edirik: