Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makronun mesajı özünü də qorxutdu – Dərhal sözünü...

Makronun mesajı özünü də qorxutdu – Dərhal sözünü...

Tarix: 20 Mart 2024 17:52

Fransa Prezidenti Emmanuel Makron son həftələrdə Ukraynaya qoşun göndərmək fikrində kifayət qədər ardıcıl olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Fransa prezidenti cənab Makron son bir neçə həftə ərzində kontingentin göndərilməsinin mümkünlüyü barədə tezisində ardıcıl çıxış edib. Tərcümədə qeyri-müəyyənliyin olması ehtimalı azdır", - Rusiya rəsmisi bildirib.

Peskov Avropa və ya Fransadan Makronun sözlərini yumşaltmaq xahişinin olub-olmaması ilə bağlı sualı da cavablandırıb:

"Avropanın müxtəlif paytaxtlarında bunun birmənalı qarşılanması faktı göz qabağındadır. Vəziyyəti diqqətlə izləməyə davam edirik".

Bundan əvvəl Estoniya Baş naziri Kaya Kallas söyləmişdi ki, Makronun sözlərinin səhv tərcüməsi səbəbindən terminlərdə qarışıqlıq yaranıb. Onun sözlərinə görə, Fransa prezidenti guya hərbi kontingentin göndərilməsini nəzərdə tutmayıb.

Milli.Az


Etiketlər:  Makronun mesajı özünü qorxutdu Dərhal sözünü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ