Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo ilə Corcina Ərəbistanda otel tikir - FOTOlar

Ronaldo ilə Corcina Ərəbistanda otel tikir - FOTOlar

Tarix: 20 Mart 2024 18:20

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və nişanlısı Corcina Rodrigez Səudiyyə Ərəbistanının qərb sahilində lüks otel tikir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin "Samaa" televiziyası məlumat yayıb.

Corcina İnstaqram hekayələrində tikintinin gedişatını əks etdirən bir neçə video yayımlayıb. Argentinalı model görüntülərə "Yeni cənnət tikirik" şərhini yazıb. O, videolarda görünən Ronaldonu da işarələyib.

Onların oteli "Visit Red Sea", "Umluj" və "Alwaj" arasında yerləşi. Hissləri bürüyən firuzəyi sular arasında möhtəşəm anlar vəd edir. Otelin "İnstaqram" səhifəsində külək sörfinqi, akvalanda dalış, çimərlikdə dincəlmək də daxil olmaqla, orada ediləcək müxtəlif fəaliyyətlər barədə məlumat verilir.

Bu, Ronaldonun Corcina ilə birlikdə həyata keçirdiyi ilk biznes layihəsidir.

Milli.Az


Etiketlər:  Ronaldo ilə Corcina Ərəbistanda otel tikir FOTOlar


RƏYLƏR