Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 günü qanaxma və qusma ilə keçdi

20 günü qanaxma və qusma ilə keçdi

Tarix: 20 Mart 2024 18:56

PSJ-nin hücumçusu Qonsalo Ramos səhhətindəki problemlərdən danışıb.

Publika.az xəbər verir ki, qışın ilk ayında meydanda cəmi 1 dəqiqə oyun keçirərək bütün dekabr ayını buraxdıqdan sonra portuqaliyalıya qarşı tənqidlər daha da güclənib.

"Dekabr ayı mənim üçün çətin keçdi. Əvvəlcə bir virusa yoluxdum, sonra kolon infeksiyasına çevrildi. 20 günü qanaxma və qusma ilə keçirdim, yemək yeyə bilmədim və çox yüksək hərarət var idi.

Dörd-beş dəfə xəstəxanaya getməli oldum. Səkkiz kiloqram arıqladım. Mövsümün ortasında kökəlməli və yanvarda mövsümöncəsi məşq etməli oldum, bu asan deyildi", - Ramos "Rekord"a deyib.

Qeyd edək ki, bu mövsüm forvard PSJ-nin heyətində bütün turnirlərdə 30 oyun keçirib və 9 qol vurub.

Milli.Az


Etiketlər:  20 günü qanaxma qusma ilə keçdi


RƏYLƏR