Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı ən qədim dəlil tapıblar

Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı ən qədim dəlil tapıblar

Tarix: 20 Mart 2024 23:46

Arxeoloqlar Türkiyədə skeletlərdə bədən perforasiyasına (pirsinq) dair məlum olan ən qədim sübut tapıblar və bu dəlil təxminən 11 min il əvvələ aiddir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ankara Universitetinin alimləri qədim sahiblərinin qulaqlarının və çənələrinin yaxınlığında 100-dən çox zinət əşyası tapıblar.

Onlar əhəngdaşı, obsidian, xlorit, mis və çay çınqıllarından hazırlanmış olub. Dekorasiyaların müxtəlifliyi onların qulaqları və alt dodağının pirsinqi üçün nəzərdə tutulduğunu göstərir. Pirsinq həm kişilərdə, həm qadınlarda, həmçinin həddi-buluğa çatan uşaqlarda aşkarlanıb. Bu o deməkdir ki, insanlar bədənlərini təkcə estetik məqsədlər üçün deyil, həm də simvolik məqsədlər üçün deşiblər.

Tapıntı, ilk pirsinq təcrübələrinin eramızdan əvvəl VII minilliyin ortalarında meydana çıxdığı mövcud ideyalara meydan oxuyur.


Etiketlər:  Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı qədim dəlil tapıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ