Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 10:26
FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir Superliqa komandasına qeyri-müəyyən müddətlik transfer qadağası, dörd Super Liqa və bir 1-ci Liqa komandasına üç transfer dövrü ərzində qadağa qoyulub.
Super Liqada "Kayserispor"a qeyri-müəyyən transfer, "Adana Dəmirspor", "Antalyaspor", "Ankaragücü" və "Konyaspor"a isə 3 transfer müddətinə qadağa qoyulub.
Superliqa komandalarından başqa, 1-ci Liqada liderliyini davam etdirən "Eyüpspor" da 3 müddətlik cəza alıb.
Qərardan sonra "Eyüpspor" sosial şəbəkədə cəzanın 24 saat ərzində ləğv ediləcəyini açıqlayıb.