Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Namiq qızının hazırladığı şəkərburalarını NÜMAYİŞ ETDİRDİ - FOTO

Namiq qızının hazırladığı şəkərburalarını NÜMAYİŞ ETDİRDİ - FOTO

Tarix: 21 Mart 2024 16:10

Meyxanaçı Namiq Qaraçuxurlu qızı Sara ilə bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi övladının mətbəxdəki qabiliyyətini üzə çıxardıb. 

Belə ki, Qaraçuxurlunun sosial şəbəkə hesabında yayımladığı videoda qızının Novruz şirniyyatlarından olan şəkərburaların üzərinə naxış vurması əks olunub. 

Görüntülərdə Sara rus dilində "Bu şəkərburaların ölçüsü böyük alınıb. Onların yanlarını mən bükmüşəm. Bunların üzərinə isə Sara, Felya, Boris və Qoqo adlarını yazmışam" sözlərini dilə gətirib. 

Namiq isə qızının bu bacarığına "Afərin sənə qızım" ifadəsini bildirib.

Kadrlarda meyxanaçı övladının üzünü gizlədib.  

Söz xiridarı digər paylaşımlarda dəbdəbəli villasının həyətini, Novruz süfrəsini və yanan sobanın görüntülərini izləyiciləri ilə bölüşüb. 

Milli.Az


Etiketlər:  Namiq qızının hazırladığı şəkərburalarını NÜMAYİŞ ETDİRDİ FOTO


RƏYLƏR