Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada hakerlərin fəaliyyəti qanuniləşdirilə bilər

Rusiyada hakerlərin fəaliyyəti qanuniləşdirilə bilər

Tarix: 22 Mart 2024 08:40

"Vahid Rusiya" və "Yeni İnsanlar" partiyasından olan bir qrup deputat Rusiyada "ağ" hakerlərin leqallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb və yaxın vaxtlarda Dövlət Dumasına təqdim edəcəklər.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Qeyd olunub ki, yeni qanuna əsasən şirkətlər öz şərtləri ilə "ağ" hakerləri cəlb etməklə informasiya sistemlərinin zəif tərəflərini müəyyən etmək üçün fəaliyyətlər həyata keçirə biləcəklər.

"Belə sınaqlar penetrasiya sınağı formasında həyata keçirilir ki, bu zaman sifarişçi konkret podratçıya informasiya sisteminə nüfuz etmək üçün müxtəlif ssenarilər hazırlamağı və orada müəyyən informasiya təhlükəsizliyi təhdidlərinin həyata keçirilməsinin praktiki imkanlarını nümayiş etdirməyi tapşırır", - izahatda deyilir.

Müştəri üçüncü tərəf mütəxəssislərinə belə işləri həyata keçirməyi təklif etdikdə, onlar "Bug Bounty" proqramı şəklində də həyata keçirilə bilər.

Qanun layihəsinin müəlliflərindən birinin fikrincə, onun qəbulu təhlükəsizlik sistemində zəif cəhətlərin aşkarlanması üzrə tədbirlərin həyata keçirilməsi mexanizmini gücləndirəcək.


Etiketlər:  Rusiyada hakerlərin fəaliyyəti qanuniləşdirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ