Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO

7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO

Tarix: 22 Mart 2024 18:10

Mardinin Yeşilli mahalının bələdiyyə sədri vəzifəsini icra edən Hayrettin Dəmirin ofisində xanımlara qarşı etdiyi əxlaqsız hərəkətlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 7 uşaq atası olan 57 yaşlı məmurun 25 yaşlı işçisinə qarşı etdiyi hərəkət təcavüz kimi qiymətləndirilib.

Sözügedən görüntülərlə bağlı Halktv.com.tr-yə açıqlama verən Hayrettin Dəmir görüntülərdəki şəxsin özü olduğunu etiraf edib və hərəkətlərinin təcavüz olmadığını deyib.

25 yaşlı xanım işçisi ilə ata-qız münasibəti olduğunu deyən Dəmir, görüntülərdə qeyi-etik bir hərəkətin olmadığını bildirib. Məlum görüntülər ortaya çıxdıqdan sonra xanım bələdiyyə işçisi iş yerini dəyişərək başqa bir bələdiyyəyə keçib.

Qeyd edək ki,martın 31-də keçiriləcək seçkilərdə Hayrettin Dəmirin yenidən namizədliyi irəli sürüləcək.


Etiketlər:  uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ