Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Hitleri təriflədi – “Yaxşı işlər görüb”

Tramp Hitleri təriflədi – “Yaxşı işlər görüb”

Tarix: 22 Mart 2024 18:26

ABŞ-nin keçmiş prezidenti Donald Tramp nasist Almaniyasının lideri Adolf Hitleri tərifləyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  bu sözlər Ağ Ev administrasiyasının keçmiş rəhbəri Con Kelliyə məxsusdur.

Kellinin sözlərinə görə, söhbətlərin birində Tramp ona Hitlerin yaxşı işlər gördüyünü deyib:

"Soruşdum ki, hansı işlər? Cavab verdi ki, Hitler iqtisadiyyatı bərpa edib. Bəs bu canlanan iqtisadiyyatla nə etdi? Öz xalqı və bütün dünyaya qarşı çevirdi. Bildirdim ki, cənab, bu adam haqda heç vaxt yaxşı bir şey deyə bilməzsiniz".

Donald Tramp bu iddianı qəti şəkildə təkzib edir.

Milli.Az


Etiketlər:  Tramp Hitleri təriflədi Yaxşı işlər görüb


RƏYLƏR