Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi ilin ilk oyununda Monqolustana qalib gəldi - YENİLƏNİB - VİDEO

Azərbaycan millisi ilin ilk oyununda Monqolustana qalib gəldi - YENİLƏNİB - VİDEO

Tarix: 22 Mart 2024 22:48

21:54

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma "FIFA series-Edition 2024" layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

-------

19:59

"FİFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunu üçün heyətlər müəyyənləşib.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq matça  aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, , 4.Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 2. Amin Seydiyev, 7.Coşqun Diniyev,  8.Emin Mahmudov 19. Filip Ozobiç,10. Ozan Can Kökçü, 11. Ramil Şeydayev,  9, Renat Dadaşov

Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5.Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 13. Rahil Məmmədov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar

Ehtiyat oyunçular: 13. Xanda Tsenquun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 14. Munkbaatar Toqoo, 15. Kaşçuluun Naranbataar, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt, 20. Qantoqtok Qantuya, 21. Tsoqtbatar Batbayar, 23. Tuquldur Qantoqtok

Milli.Az


Etiketlər:  Azərbaycan millisi ilin ilk oyununda Monqolustana qalib gəldi YENİLƏNİB VİDEO


RƏYLƏR