Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terror hücumu zamanı məşhur qrupun konserti var imiş - FOTO

Terror hücumu zamanı məşhur qrupun konserti var imiş - FOTO

Tarix: 23 Mart 2024 09:55

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hücum "Piknik" qrupunun konsertinin başlamasından bir neçə dəqiqə əvvəl həyata keçirilib.Qrup üzvləri səhnəyə çıxmağa hazırlaşırmış. Bu haqda Rusiya mediası xəbər yayıb. 

"RedKassa"nın məlumatına görə, sözügedən konsertə bütün biletlər satılıb. Konsertin baş tutacağı zal isə 6200 nəfər üçün nəzərdə tutulub.

Qeyd edək ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki "Vegas City Hall"da martın 22-si Xalq artisti Röya Ayxanın da konserti olacaqmış.

Milli.Az


Etiketlər:  Terror hücumu zamanı məşhur qrupun konserti var imiş FOTO


RƏYLƏR