Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvadakı terrorla bağlı paylaşım etdilər - FOTO

Moskvadakı terrorla bağlı paylaşım etdilər - FOTO

Tarix: 23 Mart 2024 10:40

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Rusiyada məşhurlaşan azərbaycanlı tanınmışlar bununla bağlı paylaşım ediblər. 

Müğənni Navai (Nəvsi Bəkirov) paylaşımında "Moskvaya başsağlığı verirəm. Konsertlər ləğv olundu. Dünyasını dəyişənlər və yaralılar üçün dua edək" sözlərini yazıb. 

Müğənni Coni (Cahid Hüseynli) "Bütün zərərçəkənlərin başı sağ olsun. Kədərlənirəm... Dua edirəm ki, rəhmətə gedənlərin ruhu şad olsun, ruhları cənnətdə rahatlıq tapsın" sözlərini yazıb. 

Bloger Hüseyn Həsənov isə "Dünyasını dəyişənlərin ailəsinə başsağlığı verirəm. Ürəyim parçalanır" sözlərini paylaşıb. 

Milli.Az


Etiketlər:  Moskvadakı terrorla bağlı paylaşım etdilər FOTO


RƏYLƏR