Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 13:18
13:15
Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.
Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: "Belə məlumatlar olub, amma konkret heç nə olmayıb".
Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.
Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
--------
12:09
ABŞ Rusiya hökumətini terror aktı barədə xəbərdar edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson bildirib.
"ABŞ hökuməti bu "mütləq xəbərdarlıq" siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb", - Uotson vurğulayıb.
Qeyd edək ki, "Crocus City Hall" terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.