Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 16:06
Bakı. Samir Əli - Trend:
Oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Suleyman azadlığa buraxılıb.
Trend-in məlumatına görə, adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdilər.
Noyabrın 18-də həmin şəxslərin cəza müddəti başa çatıb və onlar azadlığa buraxılıblar.
İcazəsiz aksiyada ictimai qaydanı pozduğu üçün inzibati həbs edilən Seymur Həzi də noyabrın 16-da azadlığa çıxıb.
Xatırladaq ki, özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirməyə cəhd ediblər.
Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.
Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin