Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qulaq tıxacı narahat edir? (FOTO)

Qulaq tıxacı narahat edir? (FOTO)

Tarix: 18 Noyabr 2019 16:12

Bakı. Trend:

Qulaqda tıxac, xoşagəlməz simptomları ilə özünü biruzə verdikdə, həlli yolları axtarılan bir problemdir. Bu simptomlara öz səsini təhrif olunmuş şəkildə eşitmək, qulaqda küy, qulağın tutulması və ağrı aiddir.

Bəzi hallarda – başgicəllənmə, baş ağrısı, öskürək, qusma kimi hallar müşahidə oluna bilər. Bunlar qulaq tıxacının azan sinirini sıxması nəticəsində əmələ gəlir. Qulaq tıxacının bir təhlükəli nəticəsi də eşitmənın zəifləməsidir.

Qulaq kirinin funksiyası. Ümumiyyətlə, qulaq kiri, vacib funksiyanı yerinə yetirir – yad cisimləri, hissəcikləri və infeksiyanı qulaqdan xaric edir. Onun tərkibində göbələklər və bakteriyalarla mübarizə apara bilən maddələr vardır. Bundan başqa qulaq kiri təbil pərdəsi üçün komfortlu nəmli mühit yaradır. Qulaq kiri-çirk deyil, o, çeynəmə, danışıq, öskürək zamanı özü xaric olur. Amma bu prosess pozulan zaman qulaq kiri qulaq keçəcəyində qala bilər və ölmüş hüceyrələri özünə birləşdirərək tıxac əmələ gətirə bilər. Tədricən tıxac böyüyür və təbil pərdəsinə çatır.

Qulaq tıxacının əmələ gəlmə səbəbləri. Bu müxtəlif səbəblərdən olur. Ən çox yayılmış səbəblərdən biri – qulağın qulaq çöpləri ilə təmizlənməsidir. İş ondadır ki, biz qulağımızı təmizləmək istədikdə əks effekt ala bilərik. Belə ki, qulaq kiri təmizlənən zaman, qulaq keçəcəyinin epiteli üçün lazım olan kirin defisiti əmələ gəlir və bu zaman qulaq kiri vəziləri daha fəal işləməyə başlayaraq daha çox qulaq kirinin ifraz olunmasına səbəb olur. Nəticədə, təbii təmizlənmə prosesi pozulur. Bundan başqa qulaq çöpü kiri içəri, təbil pərdəsinə tərəf itələyir. Tədricən qulaq kiri sərtləşir və qulaq tıxacı əmələ gəlir. Bu o demək deyil ki, qulağın gigiyenasından imtina etmək lazımdır, sadəcə bunu düzgün yerinə yetirmək lazımdır. Qulaq çöpləri ilə yalnız qulaq seyvanını təmizləmək lazımdır. İkinci səbəb – eşitmə borusuna suyun düşməsidir. Bu dərinin müdafiə baryerini pozur. Əgər qulaqda patogen bakteriyalar da olarsa xəstəlik baş qaldıra bilər. Bu da nəinki qulaq tıxacının əmələ gəlməsinə, həm də xarici qulağın iltahıbına və ya xarici otitə səbəb ola bilər. Ona görə də üzgüçülüklə məşğul olanlar qulağın gigiyenasına xüsusi diqqət yetirməlidir.

Qulaq kirini necə xaric etməli? Tibbdə eşitmə borusunu təmizlənməsi üçün bir neçə üsuldan istifadə edilir. Ənənəvi üsul Janne şprisi ilə yuyulmadı. Lakin bu üsulun bir çox əks göstərişləri var: şəkərli diabet, xarici otit və təbil pərdəsinin zədələnməsi. Digər üsul – elektrik sorucu vasitəsilədir. Bu üsul həkim tərəfindən xüsusi cərrahi alətlər vasitəsilə həyata keçirilir. Bu çox ağrılı bir prosedur olub, əvvəlcədən qulaq kirinin yumşalmasını tələb edir. Qulaq tıxacının ən təhlükəsiz və tamamilə ağrısız xaric etmə üsulu eşitmə borusuna xüsusi vasitələrin yeridilməsidir. Bu maddələr əvvəl qulaq kirini yumşaldır və sonra xaric edir. Qulaq tıxacının əmələ gəlməsinin qarşısını almaq üçün, gündəlik diş təmizləmək kimi bunu da adət halına gətirmək lazımdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.

Qulaq tıxacı narahat edir? (FOTO) Qulaq tıxacı narahat edir? (FOTO) Qulaq tıxacı narahat edir? (FOTO) Qulaq tıxacı narahat edir? (FOTO) Qulaq tıxacı narahat edir? (FOTO) Qulaq tıxacı narahat edir? (FOTO)


Etiketlər:  Qulaq tıxacı narahat edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ