Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Krokus"da Müslüm Maqomayevin muzeyi də yandı

Tarix: 24 Mart 2024 09:22

"Krokus Siti Holl"da baş verən terror aktı və yanğın nəticəsində SSRİ Xalq artisti, məşhur azərbaycanlı müğənni Müslüm Maqomayevin muzeyi yanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə jurnalist Natalya Osipova məlumat verib.

"Dəhşətli insan faciəsi ilə yanaşı, mədəni fəlakət də var. Mənbələrim bildirir ki, "Krokus"da Müslüm Maqomayevin muzeyi yandırılıb. Muzey zalda fəaliyyət göstərib", - jurnalist bildirib.

Qeyd edək ki, bu fakt rəsmi olaraq təsdiq olunmayıb.

Milli.Az


Etiketlər:  Krokusda Müslüm Maqomayevin muzeyi yandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ