Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mahnılarını satmaq üçün birinci mənə oxudurlar”

“Mahnılarını satmaq üçün birinci mənə oxudurlar”

Tarix: 24 Mart 2024 18:00

Müğənni Natavan Həbibi mahnı müəlliflərinin ona etdiyi haqsızlıqlardan danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı bəstənin daha yüksək qiymətə satılması üçün ondan istifadə edildiyini deyib. Sənətçi bu barədə "10-da görüşək" verilişində söz açıb.

"Studiyada mahnını oxuyuram, hazırlayıram. Görürəm ki, mahnı kiminsə ifasında çıxır. İllərdir belə söhbətlər olur. Müəlliflər mahnılarını satmaq üçün bunu edirlər. Mahnını mən alıram, oxuyuram, aranjiman olunmağı qalır. Mənim ifamda göstərirlər ifaçılara. Əlbəttə ki, Natavan bəyənibsə, onlar da bəyənirlər. Üstünə bir az da məbləğ qoyub alırlar. Mənə də deyirlər ki, "Kompüter yanıb, nəsə olub, sənə başqa mahnı verək". Haqsızlıqlar çox baş verir. Elə mahnılarımız var ki, çıxmalı idi, çıxmadı. Başqalarının ifasında səslənir, zay olur. Mənim musiqiyə heyifim gəlir. Elə olub ki, aranjimanını da etmişəm, oxumuşam, bir həftədən sonra radioda eşidirəm ki, başqa müğənni oxuyur", - deyə, o, bildirib.

Milli.Az


Etiketlər:  Mahnılarını satmaq üçün birinci mənə oxudurlar


RƏYLƏR