Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda silahlılar polis idarəsinə hücum etdi, yaralılar var - VİDEO

İrəvanda silahlılar polis idarəsinə hücum etdi, yaralılar var - VİDEO

Tarix: 24 Mart 2024 18:04

İrəvanın Nor Nork rayonunda polis idarəsinin binası yaxınlığında iki nəfər qumbaraatanları partlatmaqla hədələyib, binanın həyətində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Məlumata görə, idarə binasının yaxınlığında toplaşan, əsasən, "Döyüş Qardaşlığı" təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.

Binaya çoxlu sayda polisin gəldiyi qeyd edilir.

Sputnik Armenia isə xəbər verir ki, İrəvanda silahlı şəxslər polis idarəsinin binasına soxulublar.

İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb və yaralılar var.

Milli.Az


Etiketlər:  İrəvanda silahlılar polis idarəsinə hücum etdi yaralılar var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ