Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emin Mahmudov: “Əlimizdən gələni edəcəyik ki, bolqarlara qalib gələk”

Emin Mahmudov: “Əlimizdən gələni edəcəyik ki, bolqarlara qalib gələk”

Tarix: 24 Mart 2024 18:08

"Öz oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstam oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sabah maraqlı bir matç olacaq: "Milli komandada həm yerli, həm də xarici baş məşqçilərlə işləmişəm. Məşqçilər barədə nəsə demək istəmirəm. Hər biri ilə münasibətim yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq".

Mahmudov yığmamızın Gürcüstan və Qazaxıstan millisinin hazırkı mövsümdə etdiklərini təkrarlamaq ehtimalı ilə bağlı da fikirlərini açıqlayıb: "Bir qədər çətin sualdır. Biz Qazaxıstan millisi ilə eyni qrupda idik. Səfərdə qalib gələ bilməsək də, qələbə qazanmaq üçün şanslarımız çox idi. Deyə bilmərəm ki, Qazaxıstan millisi bunu bəxt hesabına etdi. Biz də çalışacağıq ki, yaxın gələcəkdə bunu təkrarlayaq".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Emin Mahmudov Əlimizdən gələni edəcəyik ki bolqarlara qalib gələk


RƏYLƏR