Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirilib - YENİLƏNİB - VİDEO

İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirilib - YENİLƏNİB - VİDEO

Tarix: 24 Mart 2024 20:22

--------

20:20

Ermənistanda təhlükəsizlik əməkdaşları silahlı şəxsi polis bölməsində zərəsizləşdiriblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, proseslə bağlı video yayılıb. Həmin videonu təqdim edirik

--------

19:33

"Bu gün saat 17:00 radələrində 3 silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlama verib.

O, deyib ki, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində ikisi yaralanıb:

"Yaralılar tibb müəssisəsinə aparılıblar. Hazırda Nor-Nork polis şöbəsinin binasında qumbara ilə silahlanmış 1 nəfər var və onun zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. İlkin məlumata görə, polis əməkdaşları xəsarət almayıb. Bu gün həbs olunanların demək olar ki, hamısı artıq sərbəst buraxılıb".

TASS müxbirinin verdiyi məlumata görə isə, Ermənistan polisinin rəhbəri naməlum şəxslərin içəri girdiyi polis bölməsinə gəlib və orada silahlı şəxslə danışıqlar aparır.

Milli.Az


Etiketlər:  İrəvanda polis idarəsinə hücum edən silahlı şəxs zərərsizləşdirilib YENİLƏNİB VİDEO


RƏYLƏR