Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi dominant oyun sərgiləyərək... - İliyev

Azərbaycan millisi dominant oyun sərgiləyərək... - İliyev

Tarix: 25 Mart 2024 01:46

Azərbaycan millisi layiqli qələbə qazandı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək üçün imkanım olmadı. Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək layiqli qələbə qazandılar".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series - Edition 2024" turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi dominant oyun sərgiləyərək İliyev


RƏYLƏR