Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu xidmət bahalaşdı

Azərbaycanda bu xidmət bahalaşdı

Tarix: 25 Mart 2024 07:28

Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev ötən il Türkiyə şəhərlərinə gediş-gəliş qiyməti 750-800 manat olan aviabiletlərin indi 450-550 manat arasında dəyişdiyini bildirib.

Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tur-səyahət bahalaşır. Turistlər əsasən yeddi gecə, səkkiz günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqayisədə indi qiymətlər artıb.

Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.

Ekspert qeyd edib ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu xidmət bahalaşdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR