Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail bu şəhəri vurdu - Xeyli ölən var

İsrail bu şəhəri vurdu - Xeyli ölən var

Tarix: 25 Mart 2024 08:06

İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 18 dinc sakin həlak olub.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin intensiv aviazərbələri nəticəsində çoxlu sayda yaralı da var.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Bundan əlavə, "Al Jazeera" Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Tibb Mərkəzi və Fələstin anklavının şimalındakı Əl-Şifa xəstəxanasının intensiv artilleriya atəşinə tutulduğunu və bombardman edildiyini bildirib.

Milli.Az


Etiketlər:  İsrail bu şəhəri vurdu Xeyli ölən var


RƏYLƏR