Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir terakt nəzərdə tutulubmuş: qrupda 4 yox, 11 nəfər olub - ŞOK TƏFƏRRÜAT - FOTO

Daha bir terakt nəzərdə tutulubmuş: qrupda 4 yox, 11 nəfər olub - ŞOK TƏFƏRRÜAT - FOTO

Tarix: 25 Mart 2024 10:16

Həbs olunmuş şəxslər daha bir terror aktına hazırlaşırdılar. Üstəlik, 500 min rublu onların hər birinə yox, hamısına vəd etmişdilər.

Milli.Az "Crocus City Hall"da məşum teraktı şəyata keçirmiş şəxslər barədə indiyədək bəlli olan məlumatları təqdim edir:

"Crocus"dakı teraktın təşkilatçıları Orta Asiya ölkələrindən birində daha bir terror aktı həyata keçirməyə hazırlaşırdılar.

500 min rublu qrup üzvlərinin hər birinə ödəmək nəzərdə tutulmamışdı: bu məbləğ terrorçular arasında bölüşdürülməliydi.

Terrorçuların Rusiyanın Bryansk vilayətinə yollanmaqda məqsədlərinin Belarusa keçmək olduğu istisna edilmir.

Tutulanlar terrorçuların "yatmış hüceyrəsi" olmayıb. Onları terakta 2-3 həftə ərzində hazırlayıblar

"Crocus"dakı teraktla bağlı hazırda 11 nəfər həbs olunub. Terrorda ittiham edilmiş 4 nəfərdən savayı, yerdə qalanlar terror hücumunun hazırlanmasında iştirak etdikləri güman edilən adamlardır.

Milli.Az


Etiketlər:  Daha bir terakt nəzərdə tutulubmuş qrupda 4 yox 11 nəfər olub ŞOK TƏFƏRRÜAT FOTO


RƏYLƏR