Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

Tarix: 25 Mart 2024 11:24

"Crocus City Hall" konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.

Xatırladaq ki, martın 22-də "Crocus City Hall" konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.

Milli.Az


Etiketlər:  Terrorda ölənlərdən 68 nin şəxsiyyəti məlum oldu


RƏYLƏR