Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Kiyevə iki ballistik raket atdı

Rusiya Kiyevə iki ballistik raket atdı

Tarix: 25 Mart 2024 14:06

Rusiya qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk "Telegram" kanalında bildirib.

"Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib".

O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərəsizləşdirib.

"Ukrinform"un məlumatına görə, Rusiya raketlərinin parçaları Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda Rusiyanın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Rusiya Kiyevə iki ballistik raket atdı


RƏYLƏR