Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan millisinin heyətində dəyişiklik

Tarix: 25 Mart 2024 18:32

Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmanın futbolçusu Vüsal İsgəndərli heyətdən çıxarılıb. O, ötən gün baş tutan məşqdə zədələnib. Bu səbəbdən futbolçunun adı Bolqarıstan yığması ilə keçiriləcək oyununun sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin heyətində dəyişiklik


RƏYLƏR